Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən inflyasiya mühiti və proqnozları, iqtisadi artım, tədiyə balansı və monetar şərait barədə məlumatlar təqdim olunacaq
31 iyul tarixində keçiriləcək mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən inflyasiya mühiti və proqnozları, iqtisadi artım, tədiyə balansı və monetar şərait barədə məlumatlar təqdim olunacaq. Sual-cavab sessiyası zamanı media nümayəndələrinin sualları cavablandırılacaq.
Mətbuat konfransını Mərkəzi Bankın rəsmi veb-saytı (http://www.cbar.az), "Youtube" kanalı (https://youtube.com/live/PQ5vBhybpcA?feature=share) və “Facebook” hesabı (https://www.facebook.com/MerkeziBank) üzərindən canlı izləmək mümkündür.